Bazar ertəsi, 29 Aprel

"HƏMAS"ın girovluqdan azad etdiyi amerikalı ANA VƏ QIZIN SON HALI - FOTO

image

İsrail "HƏMAS"ın hərbi qanadı İzzəddin əl-Qəssam Tuğaylarının girovluqdan azad etdiyi iki amerika vətəndaşının İsrail torpaqlarına çatdığını bildirib. 

Xəbər verilir ki, İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidmətinin yazılı açıqlamasında amerikalı Judith Raanan və qızı Natali Raananın azad edildiyi vurğulanıb.

Girovları İsrail əsgərləri Qəzza sərhədində qarşılayıblar.

Qəssam Tuğayları sözçüsü Ebu Ubeyde Qətərin səylərinə cavab olaraq “humanitar səbəblərdən” iki ABŞ vətəndaşını azad etdiklərini bildirib.

Qəssam Tuğayları sözçüsü daha öncəki açıqlamasında isə əllərində 200-250 girov olduğunu qeyd etmişdi.

Xatırladaq ki, oktyabrın 7-də Fələstinin "HƏMAS" hərbi qruplaşması İsrailə hücum edib. İki həftə ərzində atılan raket və HƏMAS terrorçuları 1400-dən çox şəxsin ölümünə səbəb olub.

Ümumilikdə 4 600-dən çox insan yaralanıb, 200-dən çox İsrail və xarici dövlətlərin vətəndaşları girov götürülüb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55